Rəhbərlik

Məlumat
07 May 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1992-ci ildə Beynəlxalq İdarəetmə və Biznes İnstitunun hüquq fakültəsinə əyani qəbul olmuşdur. 1997-ci ildə hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Baş Mühafizə İdarəsinin mühafizə zabiti vəzifəsinə qəbul olmuşdur.
2001-ci ildə həmin hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Operativ-təşkilat şöbəsinin müvəkkili vəzifəsinə təyin edilmişdir.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinə qiyabi qəbul olmuşdur.
2002-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Operativ-təşkilat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmşidir.
2006-cı ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Mühafizə və Xidmət şöbəsinə rəis müavini təyin edilmişdir.
2014-cü ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Mühafizə və Xidmət İdarəsinin rəis müavini təyin edilmişdir.
2016-cı ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini təyin edilmişdir.
14.04.2023-cü ildə Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin edilməklə həmin Xidmətin rəisinin vəziflərini icra etmişdir.
02.06.2023-cü ildə Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidnetinin 11.02.2010 – cu il tarixli 738 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “10 illik (2000 – 2010) yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.