Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Qasımov Cavad Mustafa oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Gömrük xidməti general-mayoru
+99412 404-22-08
cavad.qasimov@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər ayın I və III həftəsinin çərşənbə günü

31 may 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1991-ci ildə Azərbaycan Neft və Kimya Institutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1991-ci ildə "Bakkondisioner" Elmi İstehsalat Birliyində başlamışdır. 1994-cü ildən "Azərenerji" dövlət şirkətinin "Enerjinin İstehsalı və Ötürülməsi" Birliyinin Yüksək Gərginlikli elektrik şəbəkələri xidmətində, 1996-cı ildən Rusiya Federasiyası Yanacaq Enerjisi Nazirliyinin "ВНИПМморнефтегаз" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.

1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlamış və sonradan:

1999 – 2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi;

2002-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi;

2006-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi;

2006-2008-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır;

2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil almış və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. Gömrük işi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak və məruzələrlə çıxış etmişdir.

Cavad Qasımov 2008–ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

 Ailəlidir, 2 (iki) övladı var.

195