Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Rəhbərlik

Bağırov Şahin Soltan Oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən
Gömrük xidməti general-leytenantı
+99412 404-22-02
+99412 404-22-52
shahin.baghirov@customs.gov.az
Photo
Məlumat

12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Respublikadan kənar təhsil proqramı çərçivəsində 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdimişdir.İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirmişdir.

2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlamışdır. 

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlamış, gömrük sistemində müxtəlif vəzifələrdə çalışmış və Dövlət Gömrük Komitəsi sədrinin  müavini vəzifəsinə qədər yüksəlmişdir.

Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyasının  nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq  Yük Daşımaları haqqında Gömrük konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin  Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982)  İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində  çalışmışdır.

2014-ci ilin fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2012-ci ildə 3-cü dərəcəli,  2016-cı ildə  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2022-ci ilin iyulun 18-də  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Ailəlidir, 2 (iki) övladı var.

 

 

195