Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.

Dövlət Gömrük Komitəsi Sədrinə müraciət

Vətəndaşların nəzərinə!

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov avqustun 9-da saat 11:00-da Qazax şəhərində yerləşən Gənclər Evində (ünvan: Qazax şəhəri, Heydər Əliyev parkı) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Elektron qeydiyyatla bağlı qeydlər:

  1. 1. Qəbula 1 gün qalmış elektron qeydiyyat dayandırılır.
  2. 2. Vətəndaşlara qəbulda iştirakla bağlı elektron bildiriş göndərilir.
  3. 3. Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.
  4. 4. Anlaşılmayan və həqiqətə uyğun olmayan müraciətlər qeydə alınmır.
  5. 5. Gömrük orqanlarında xidmətə qəbul ilə bağlı müraciətlər yalnız Komitənin İnsan Resursları İdarəsinə ünvanlanmalıdır.

 

 

Hörmətli internet səhifəsi istifadəçiləri!

Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. DGK-nın rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır. Gömrük Komitəsinə elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olun.

Sədrə müraciət
195