Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Azərterminalkompleks" Birliyi

"Azərterminalkompleks" Birliyi
  1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” təsərrüfathesablı xariciiqtisadi birliyi bundan sonra “Azərterminalkompleks” adlandırılacaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 saylı qərarına uyğun olaraq təşkil edilmişdir və öz fəaliyyətini Müəssisələr haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir, ona həvalə edilmiş vəzifələri yerinə yetirir və fəaliyyəti ilə əlaqədar hüquqlarından istifadə edir. 
  2. “Azərterminalkompleks”in fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin onun fəaliyyətini tənzimləyən normativ aktlarına və bu nizamnaməyə müvafiq surətdə həyata keçirir. 
  3. “Azərterminalkompleks” öz öhdəlikləri üzrə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənbeh tədbiri yönəldilə biləcək əmlakı ilə cavabdehlik daşıyır. Dövlət, onun orqanları və təşkilatları “Azərterminalkompleks”in öhdəlikləri üzrə dövlət, “Azərterminalkompleks” isə dövlətin, onun orqanlarının və təşkilatlarının öhdəlikləri üzrə cavabdehlik daşımırlar. 
  4. “Azərterminalkompleks” hüquqi şəxsdir, öz adı və embleminin təsviri olan dəyirmi möhürü, ştampları, həmçinin Azərbaycan Respublikasının banklarında manat və valyuta hesabları var. “Azərterminalkompleks”in hüquqi ünvanıBakı şəhəri, İnşaatçılar prospekti.
AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 3
+99412 525 97 61
+99412 525 97 81
195