Tarix
Gömrük inkişaf modeli
Rəmzlər
Rəhbərlik
Struktur
Aparatın strukturu
Gömrük orqanları
Digər qurumlar
Əsasnamələr
Hesabatlar
Geyim forması
Davranış kodeksi
Xidmətə qəbul
İctimai Şura
Əlaqə
"Azərterminalkompleks" Birliyi
"Azərterminalkompleks" Birliyi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
“AZƏRTERMİNALKOMPLEKS” Birliyi
- 1. “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumdur və Komitənin Kollegiyasının 30 yanvar 2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir.
- 2. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin və Birliyin Əsasnamələrini rəhbər tutur.
- 3. Birliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ vardır.
- 4. Birlik müstəqil balansa, dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Komitənin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara malikdir və loqotipi (emblemi) vardır.
- 5. Birliyin saxlanma xərcləri və fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş mənbələrdən və göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.
"Azərterminalkompleks" Birliyinin strukturu
Baxmaq PDF
"Azərterminalkompleks" Birliyinin fəaliyyətinin əsas istiqamətləri
Baxmaq PDF
AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 3
+99412 525 97 61
+99412 525 97 81