Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Kinoloji Mərkəz

Kinoloji Mərkəz

Kinoloji Mərkəzdə təlimçi-kinoloq və xidməti axtarış itlərinin hazırlanması üçün müasir standartlara cavab verən maddi-texniki baza mövcuddur. Mərkəzin inzibati binasında əməkdaşlar üçün nəzərdə tutulmuş xidməti otaqlar, muzey və analitika bölməsi fəaliyət göstərir.

Ümumi ərazisi 3 hektardan ibarət Mərkəzdə İxtisasvermə və İxtisasartırma təlim kurslarının keçirilməsi üçün texniki vasitələrlə təchiz olunmuş kinoloji siniflər, 100 baş itin saxlanması üçün nəzərdə tutulmuş 3 böyük saxlama korpusu, müxtəlif nəqliyyat vasitələri ilə təchiz olunmuş təlim meydançası, təlim alətlərindən ibarət təlim otağı, hovuz, tamaşaçı tribunaları, şərhçi kabinələri, hakim heyəti üçün otaqlar, həmçinin yarışa qatılan itlərin saxlanılması üçün saxlanc yerlərinə malik təlim meydançası mövcuddur.

AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 1
+99412 448-29-27
195