Missiya və gələcəyə baxış

Gələcəyə Baxış Bəyanatı

Azərbaycan Respublikasının Gömrük Xidməti innovativ, güclü, stabil və tamamilə avtomatlaşdırılmış, tərəfdaşlar tərəfindən peşəkar, şəffaf və yüksək səviyyəli xidmətləri ilə məlum olan, beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi, eyni zamanda beynəlxalq ticarətin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyən bir xidmət kimi tanınmalıdır.

Missiya Bəyanatı

Azərbaycan Respublikasının Gömrük Xidmətinin missiyası mövcud qanuvericiliyin tələblərinə uyğun olaraq, respublikamızın suverenliyini, iqtisadi və milli təhlükəsizliyini, habelə ölkə əhalisinin sağlamlığını qorumaqdan, beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldilməsindən, beynəlxalq ticarətin asanlaşdırılmasından, eyni zamanda təhlükəsizliyin təmin olunmasından, məmur-vətəndaş təmasının minimuma endirilməsindən, gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsindən, elecə də gömrük sahəsində hüquqpozmalara və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdan ibarətdir.