ÖZÜNET
ÖZÜNET
“ÖZÜNET” “Gömrük İNKİŞAF modeli”nin işgüzar komponentinin ideoloji məna yükündən irəli gələrək, vətəndaş məmnuniyyətinin təmin edilməsi istiqamətində gömrük xidməti tərəfindən təşkil edilən xidmətlərin şəxslərin özləri tərəfindən yerinə yetirilməsinin məmnuniyyətini və məlumatların əlçatanlığını təmin etmək üçün yaradılmış elektron həllər məkanının vahid adıdır.
“ÖZÜNET”də xidmətlərimizin arı pətəyinin altıbucaqları daxilində təqdim edilməsi arı işgüzarlığını və dəqiqliyini, çəkilən zəhmətlərin bir hədəfə ünvanlanmasını və yaradılmış alətlərdən hər kəsin faydalana biləcəyini simvolizə edir.
“ÖZÜNET” – hamısını özün et, bir nöqtədən idarə et, faydasını gör və tövsiyyə et, bütün tərəfləri əhatə et” devizləri “ÖZÜNET”i ifadə edir və onun əhəmiyyətini göstərir.
Elektron həllər vasitəsilə xidmətlərin qeyri-ənənəvi, şablon olmayan və yaranmış mövcud stereotiplərin perimetrlərindən çıxaraq innovativ və şəffaf şəkildə təqdim edilməsi bu həllərin səmərəliliyindən daha geniş istifadə ilə nəticələnəcəkdir.
Gömrük xidməti tərəfindən İNKİŞAF modelinin bütün komponentləri üzrə müxtəlif dövrlərdə ərsəyə gəlmiş layihələrin “ÖZÜNET” platforması vasitəsilə vətəndaşlara təqdim edilməsi özündə təkcə özünetmənin zövqü və məmnuniyyəti ilə yanaşı, müasir tənzimlənmə vasitələrilə xidmət göstərilən tərəflərin özləri tərəfindən bütün işlərin həyata keçirilməsinin zərurətini və məğzini hədəfləyən dönüş nöqtəsi kimi qəbul edilə bilər.
Gömrük xidməti “ÖZÜNET” vasitəsilə həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətlərin göstərilməsini hədəfləmişdir.
Gömrük xidmətlərinə bir məkandan çıxış imkanı – ÖZÜNET: https://e.customs.gov.az/ozunet