Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə Komitə rəhbərliyi tərəfindən imkan yaradılmaması, Şuranın işinə etinasız yanaşılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlarla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, ictimai şuranın daxilində konsilidə edilmiş mövqenin olmaması səbəbindən şuranın fəaliyyətində bəzi çətinliklər yaranmışdır.
Cari ilin aprel ayında Komitə rəhbərliyi gömrük sistemində ictimai şuranın səmərəli fəaliyyətinin təşkil olunması üçün üzvlərlə görüş keçirib və Şuranın fəaliyyətinin canlandırılmasının vacibliyi diqqətə çatdırılıb. Görüşün gedişində yenidən şura üzvləri arasında qarşılıqlı razılaşma olmadığından (sədrin seçilməsi) Komitə rəhbərliyi onları öz daxilində kompromisə dəvət edib və vahid yanaşma müəyyən olunduqdan sonra Şuranın iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bir müddət sonra Şura üzvləri müraciət edərək kompromisin əldə olunduğunu, rəhbərliyə seçkilərin keçirildiyini bildiriblər.
Qeyd edildiyi və əvvəlcədən nəzərdə tutulduğu kimi, yaxın müddətdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi Komitə yanında İctimai Şuranın üzvləri ilə görüş keçirəcək.