Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük dəyəri üzrə metodologiya və rəqəmsal həllər

Gömrük dəyəri üzrə metodologiya və rəqəmsal həllər

Malın gömrük dəyərinin müəyyən edilməsi gömrük fəaliyyətinin əsas göstəricilərindən biri olaraq onun metodoloji əsaslarının müəyyən edilməsi və rəqəmsallaşdırılması həlli tələb edilən vacib bir məsələ kimi gömrük orqanlarının qarşısında durur.
Qanunvericilikdə aparılmış təkmilləşdirilmələr əsasında gömrük orqanları tərəfindən ilk növbədə gömrük dəyəri ilə bağlı elektron bildirişlərin verilməsi işi öz həllini tapmışdır. 
Hazırda gömrük dəyərinin müəyyən edilməsi metodologiyasının tərtibatı üzrə iş aparılır və onun əsas prinsipləri aşağıdakılardan ibarət olacaqdır:
- gömrük dəyərinin müəyyən edilməsi üsullarının mahiyyəti; 
- gömrük dəyərinə daxil edilən və edilməyən elementlər; 
- icra mexanizmi üzrə proseslərin ardıcıllığı; 
- tələb olunan əlavə təsdiqedici sənədlər; 
- hər bir üsul üzrə situativ  nümunələr.
Metodologiyanın hazırlanması və tamamlanması ilə yanaşı,  gömrük dəyərinin hesablanması üzrə prosedurların rəqəmsallaşdırılması və biznes tərəfindən gömrük dəyərinin öncədən hesablanması imkanlarını yaradan alət hazırlanır və növbəti mərhələdə Komitənin rəsmi səhifəsində yerləşdiriləcəkdir. 
Rəqəmsal sahənin mütəxəssislərinə yaxşı məlumdur ki, metodologiyanın tərtibatına, eləcə də rəqəmsal həllərin tətbiqi üçün proqram təminatının hazırlanmasına müəyyən vaxt tələb olunur.
Tələb olunan vaxt isə Dövlət Gömrük Komitəsi tərəfindən uzun perspektivə hədəflənmir, daha yaxın müddətləri nəzərdə tutur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 İyul 2023 18:39
195