Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İxrac olunan xam neft və təbii qaz üzrə statistik hesabatların aparılması

İxrac olunan xam neft və təbii qaz üzrə statistik hesabatların aparılması

Dövlət Gömrük Komitəsi qaz ixracı hesabatı ilə bağlı bildirir ki, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən xam neft və təbii qazın gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” ilə tənzimlənir.

Qaydalara uyğun olaraq, faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verilən vaxt olmadıqda və ya bəyannamə verildiyi vaxt malların miqdarını, keyfiyyətini, dəyərini müəyyənləşdirmək mümkün olmadıqda, bəyannaməçi natamam bəyannamə təqdim edir və boru kəməri ilə ixrac olunan xam neft və təbii qaz natamam bəyannamə əsasında nəql olunur.

Gömrük orqanlarında gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən xam neft və təbii qazın gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlər təqdim edildiyi vaxtdan başlanır və zəruri prosedurlar həyata keçirildikdən sonra nəql olunan malın gömrük orqanlarında bəyan edilməsi tamamlanır.

Təcrübədə boru kəmərı ilə faktiki nəql olunmuş xam neftin və ya təbii qazın ixrac həcmi və dəyəri ilə yanaşı, gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış xam neftin və ya təbii qazın ixrac həcmi və dəyəri üzrə hesabat aparılır.

Xarici ticarətin gömrük statistikasının metodologiyasına uyğun olaraq, gömrük rəsmiləşməsi tam başa çatmış ixrac olunan malların həcmi və dəyəri haqqında məlumatlar ixrac statistikasına daxil edilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 İyul 2023 18:45
195