Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonlar aşkar edildi (FOTO,VIDEO)

Mobil telefonlar aşkar edildi (FOTO,VIDEO)

30 ədəd mobil telefonun qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Dubay-Bakı  aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.  Vətəndaşa məxsus sellofan paketə baxış keçirilib və oradan qutusuz və aksesuarsız 30 ədəd “İphone 13 pro 128 GB” markalı mobil telefon, 1 ədəd “Apple watch” smart qol saatı, 1 ədəd “Apple watch” markalı smart qol saatının kəməri və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 İyul 2022 14:41
195