Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

İyulun 15-də Dövlət Gömrük Komitəsində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunan müşavirə keçirilib.

Tədbirdə gömrük orqanlarının cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ötən ilin müvafiq dövrü ilə müqayisəli təhlilinə əsaslanan hesabat dinlənilib.

İclasda birinci yarımildə gömrük orqanlarının fəaliyyəti təhlil edilib, əldə olunan nəticələr araşdırılıb, 2024-cü il ərzində müəyyən olunmuş məqsədlərə çatmaq üçün konkret tapşırıq və tövsiyələr verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 İyul 2024 17:08
195