Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində I yarımilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Baş Gömrük İdarəsində I yarımilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2024-cü ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlərin son dövrlərdə gömrük orqanlarında aparılan islahatlarla əsaslandığını bildirib.

Daha sonra 2024-cü ilin ilk 6 ayında görülmüş işlərlə bağlı hesabat, tabeli struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib. 

Sonda bildirilib ki, muxtar republikada gömrük işi sahəsində daha yüksək nailiyyətlərin əldə olunması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.

20 İyul 2024 12:14
195