Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib
Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalında Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün Açıq qapı günü keçirilib.
Hospitalın Kardiologiya şöbəsində keçirilən tədbir media nümayəndələrinə, həkim rezidentlərə tibb müəssisəsinin fəaliyyəti, müalicə üsulları, cərrahi əməliyyatlar, tibbi xidmətin təşkili barədə məlumat vermək, qarşılıqlı əlaqələri daha da gücləndirmək məqsədilə təşkil olunub.
Müayinə otaqlarını gəzən, əməliyyatları əyani şəkildə izləyən, tibbi personalla ünsiyyət quran media nümayəndələrinə və həkim rezidentlərə həmçinin, Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan əməliyyatlar və aparılan müayinələr, müasir texnologiyaların və üsulların, qabaqcıl təcrübələrin tətbiqi barədə də ətraflı məlumat verilib.