Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Macarıstan və Belarus gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib

Macarıstan və Belarus gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib

İyulun 24-də Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Macarıstan və Belarus gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə malların buraxılışından sonra gömrük nəzarətinin həyata keçirilməsi və təsnifatlandırma mexanizmləri, eləcə də kinoloji xidmət sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Hər iki ölkənin nümayəndələri Azərbaycan gömrüyünün qazandığı təcrübə, nəzəri biliklərlə tanış olub, gömrük orqanlarına səyahət edərək prosesləri əyani şəkildə izləyiblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyul 2024 19:44
195