Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində təbiq ediləcək yeniliklər və layihələrlə bağlı biznes nümayəndələrinin təklif və rəylərinin öyrənilməsi, gömrük işinin təşkili sahəsində qarşıya çıxan məsələlərin operativ şəkildə həll edilməsi məqsədilə təşkil olunub.

Biznes nümayəndələrinə gömrük sistemində, xüsusilə rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər, şəffaflığın, məmnunluğun və könüllü əməletmə prinsipinin artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib.

Bildirilib ki, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilıməsi, sahibkarların vaxt və vəsait itkisinin qarşısının alınması gömrük sistemində aparılan təkmilləşdirilmələrin əsas hədəflərindəndir.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 İyul 2024 12:22
195