Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yararsız siqaretlər məhv edilib

Yararsız siqaretlər məhv edilib

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

Gömrük orqanları tərəfindən saxlanılmış, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 34554 qutu (691080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 İyul 2024 17:09
195