Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Gömrük əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Avqustun 1-də Dövlət Gömrük Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

Talassemiyadan əziyyət çəkən xəstələrin qan ehtiyacının təmin olunması məqsədilə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankında keçirilən aksiyada Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin ümumilikdə 40 əməkdaşı qan verib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Avqust 2024 10:35
195