Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Effektiv kommunikasiya ilə bağlı təlimlər keçirilib

Effektiv kommunikasiya ilə bağlı təlimlər keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində “Effektiv kommunikasiya, bədən dili, etiket və davranış qaydaları, natiqlik sənəti”, eləcə də “Liderlik əsaslı idarəetmə” mövzularında təlimlər keçirilib.

Gömrük əməkdaşlarının potensialının, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları iştirak edib.

Təlimin birinci günündə Dövlət Gömrük Komitəsinin sədrinin müşaviri Şamo Mürşüdov “Effektiv kommunikasiya və təqdimat bacarıqları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara effektiv ünsiyyət üçün tələb olunan alətlər barədə məlumat verilib, praktiki məşğələlər keçirilib. Həmçinin kommunikasiya, etiket qaydaları, özünə əminliyin artırılması, ünsiyyət məsafəsi, natiqlik sənəti mövzularında da məlumatlar verilib.

Təlimin ikinci günündə isə gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə “Liderlik əsaslı idarəetmə” mövzusunda pozitiv və neqativ liderlik, idarəetmədə mentorinq, həvəsləndirmə və tənqid qaydaları, ünsiyyətdə geri dönüş, səlahiyyətlərin ötürülməsi qaydaları, beynəlxalq təcrübədə liderlik üslubları və s. nəzəriyyələrdən bəhs edilib.

İnteraktiv keçən təlim prosesində gömrük əməkdaşlarını maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, test yoxlama tapşırıqları icra edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Avqust 2024 10:25
195