Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK kollektivi Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyada iştirak edib

DGK kollektivi Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyada iştirak edib

Dövlət Gömrük Komitəsinin kollektivi “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyada iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Novxanı sahilində keçirilən, bir sıra dövlət və özəl qurumların iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Avqust 2024 16:25
195