Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib

Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib

Avqustun 10-da Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib.

Görüşdə sön dövrlərdə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrin gömrük işinin, biznes proseslərin səmərəliliyinin artırılmasındakı rolu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə cari ilin əvvəlindən tətbiqinə başlanan Avtomatlaşdırılmış Risk Analizi Sistemi –ARAS layihəsi çərçivəsində əldə olunan nəticələrə dair təqdimat nümayiş etdirilib.

Həmçinin gömrük orqanlarının gələcəkdə həyata keçirəcəyi layihələr və yeniliklər barədə məlumat verilib, tədbir iştirakçılarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 Avqust 2024 14:40
195