“Yaşıl dəhliz” istifadəçilərinə sertifikatlar verilib
“Yaşıl dəhliz” istifadəçilərinə sertifikatlar verilib
“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən və nümunəvi fəaliyyət göstərən şirkətlərə sertifikatlar verilib.
Bu məqsədlə Dövlət Gömrük Komitəsində həmin şirkətlərin rəhbərləri ilə görüş keçirilib.
Komitə rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, sertifikatların verilməsində məqsəd gömrük qaydalarına əməl edən şirkətlərin fəaliyyətini qiymətləndirməklə yanaşı, onların nümunəvi fəaliyyətini təbliğ etmək, könüllü riayət prinsipinin genişləndirilməsinə nail olmaq, gömrük-biznes münasibətlərini daha da gücləndirməkdir.
O da qeyd olunub ki, gömrük qaydalarına əməl edən şirkətlərin “Yaşıl dəhliz” statusu gələcəkdə Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun əldə edilməsinə dəstək ola bilər ki, bu da həmin biznes subyektlərinin gömrük əməliyyatlarının daha asan və sürətli həyata keçirilməsinə, vaxt və vəsaitə qənaət olunmasına, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasına əlavə imkanlar yaradacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi