Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüşdə gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması, könüllü riayət prinsipinin təşviqi, xarici ticarət iştirakçıları ilə əlaqələrin tərəfdaşlıq müstəvisində qurulması istiqamətində gömrük xidməti tərəfindən atılan addımlar, tətbiq edilən yenilik və layihələr barədə məlumat verilib.

Biznes nümayəndələri rəqəmsal həllərin genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, gömrük əməliyyatlarının vahid platforma üzərindən idarə olunmasına əlavə imkanlar yaradan “ÖZÜNET” layihəsi barədə də məlumatlandırılıb.

Sonda  sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Avqust 2024 19:06
195