Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Gəncə Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Görüşdə sahibkarlara sərhədkeçmə, rəsmiləşdirilmə, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Həmçinin biznes nümayəndələri “Məcburi qərarlar”, gömrük xidmətlərinə vahid məkandan çıxış imkanı yaradan “ÖZÜNET” layihəsi barədə ətraflı məlumatlandırılıblar.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi