Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkiyə gömrük xidmətləri nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə gömrük xidmətləri nümayəndələri arasında görüş keçirilib

Avqustun 28-də  Dövlət Gömrük Komitəsi və  Türkiyə gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Görüş “Müvəqqəti idxal haqqında” İstanbul Konvensiyasına qoşulma şərtlərini və bu sahədə  Türkiyə təcrübəsini öyrənmək məqsədilə təşkil edilib.        

Görüşdə “Müvəqqəti idxal” gömrük prosedurunun tətbiqinin qanunvericilik əsasları, prosedurdan istifadə edən şəxslərin hüquq və məsuliyyətləri, icazə verilən müddət, malların siyahısı, zəmanət sisteminin formalaşdırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə reallaşdırılan qabaqcıl təcrübələr müzakirə olunub.

Eyni zamanda, Türkiyə tərəfinə sözügedən prosedur üzrə Azərbaycan Respublikasında mövcud qanunvericiliyə dair məlumatlar verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Avqust 2024 16:55
195