Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar mövzusunda təlim keçirilib

Narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrində çalışan gömrükçülər üçün “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim keçirilib.

Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov təlimin əhəmiyyətindən danışaraq gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyinin artırılmasında əməkdaşların bilik və bacarıqlarının mühüm rol oynadığını vurğulayıb.

Təlim çərçivəsində Tibbi Xidmət İdarəsinin əməkdaşları “Ənənəvi və yeni narkotik vasitələr, psixotrop maddələr və hallüsinogenlər: müasir dünyanın qlobal problemi”, “Psixotrop preparatlar: onların riskləri və fəsadları”, “Prekursorlar haqqında nələri bilməliyik” ,“Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda təlim iştirakçılarının əldə etdikləri biliklər testlər vasitəsilə yoxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Avqust 2024 17:07
195