Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla görüş keçirilib

Sahibkarlarla görüş keçirilib

Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.    

Görüş gömrük-biznes əlaqələrinin daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ şəkildə həll edilməsi, onların gömrük sistemində həyata keçirilən yeniliklər barədə məlumatlandırılması məqsədilə təşkil ounub.

Biznes subyektlərinə gömrük sistemində həyata keçirilən yeniliklər, xüsusilə rəqəmsallaşmanın genişləndirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, məmnunluğun artırılması, əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində reallaşdırılan təkmilləşdirilmələr barədə məlumat verilib.

Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Avqust 2024 11:48
195