ABADA və beynəlxalq daşımalarda iştirak edən şirkətlərin təsisçiləri ilə görüş keçirilib
ABADA və beynəlxalq daşımalarda iştirak edən şirkətlərin təsisçiləri ilə görüş keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) səlahiyyətli nümayəndələri və beynəlxalq daşımalarda iştirak edən şirkətlərin təsisçiləri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə beynəlxalq yükdaşımaların asan və sürətli şəkildə reallaşdırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin təkmilləşdirilməsi, bu istiqamətdə rəqəmsal həllərin genişləndirilməsi ilə bağlı gömrük sistemində tətbiq edilən yeniliklər barədə məlumat verilib.
Həmçinin Dövlət Gömrük Komitəsinin rəqəmsal həllərə və süni intellektə əsaslanan “ÖZÜNET” və “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS) layihələrindən, məmnunluğun, xidmətlərin əlçatanlığının artırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi və könüllü riayət prinsipinin təşviq edilməsində bu layihələrin rolundan bəhs olunub.
Sonda daşıyıcı şirkətlərin nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi