Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Astara Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunub.

Görüşdə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə tətbiqinə başlanan “ÖZÜNET” layihəsi, ödənişlərin onlayn qaydada reallaşdırılması, könüllü riayət prinsipinin təşviqi istiqamətində həyata keçirilən təkmilləşdirilmələr, gömrük bəyannaməsinin düzgün tərtib olunmasına dair  məlumatlar verilib.

Sonda biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 Sentyabr 2024 17:19
195