Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə atılan addımlar, tətbiq edilən layihələrdən bəhs olunaraq bildirilib ki, məqsəd  elektron həllər hesabına əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, könüllü riaəyət prinsipinin təşviq olunmasıdır.

Görüşdə, həmçinin işğaldan azad edilən ərazilərdəki fəaliyyət sahələrinə dövlət tərəfindən tətbiq edilən gömrük güzəştləri barədə məlumat verilib, sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Sentyabr 2024 16:23
195