Gömrük nəzarəti altında olan malların statusunun müəyyən edilməsinə dair təlim keçirilib
Gömrük nəzarəti altında olan malların statusunun müəyyən edilməsinə dair təlim keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində gömrük əməkdaşları üçün “Gömrük nəzarəti altında olan malların statusunun müəyyən edilməsinə dair metodika” mövzusunda təlim keçirilib.
Təlim gömrük əməkdaşlarının bilik səviyyəsinin və məlumatlılığının artırılması məqsədilə təşkil olunub.
Komitə aparatının, ərazi və ixtisaslaşmış gömrük orqanları əməkdaşlarının iştirak etdiyi təlimdə iştirakçılara “Mallara dair statuslar üzrə konsepsiya, malların gömrük statusu”, “Gömrük nəzarəti formaları və onlara uyğun olaraq tədbirlərin həyata keçirilməsi”, “Sərhəd və təyinat əməliyyatları üzrə statuslar” və digər mövzularda təqdimatlar əsasında məlumat verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi