Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlar və gömrük təmsilçiləri ilə görüş keçirilib

Sahibkarlar və gömrük təmsilçiləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşəbbüsü, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə  gömrük təmsilçiləri və sahibkarlarla  onlayn görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri də iştirak edib.

Gömrük sistemində son dövrlərdə tətbiq edilən layihələrdən və təkmilləşdirilmələrdən məmnunluqla bəhs olunub,  prosedurların asanlaşdırılması, əməliyyatların sadələşdirilməsi istiqamətində reallaşdırılan yeniliklərin əhəmiyyəti vurğulanıb.

Həmçinin sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, saxlanc, tranzit prosedurları, gömrük ödənişləri, gömrük dəyəri, bəyannamələrin düzgün tərtib olunması ilə bağlı məsələlər müzakirə olunub, sahibkarların idxal-ixrac əməliyyatları zamanı qarşılaşdıqları məsələlər, təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.
 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Sentyabr 2024 17:06
195