Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

Rusiya Federasiyasının Kazan şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 24-cü iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi iclasda iqtisadi sahədə hüquqpozmalarla mübarizə, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi mövzularında müzakirələr aparılıb.

Həmçinin  təşkilatın işçi qruplarının fəaliyyətləri və İş Planları müzakirə edilib.

Ümumilikdə iclasın gündəliyinə çıxarılmış 14 qərar layihəsi müzakirə edilərək imzalanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Sentyabr 2024 17:10
195