Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Gömrük sistemində həyata keçirilən yeniliklər barədə biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunan görüşdə Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Bildirilib ki, əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının təmin olunması, sahibkarların vaxta və vəsaitə qənaət etməsi, bir sözlə əlverişli biznes mühitinin yaradılması üçün gömrük orqanları tərəfindən mütəmadi olaraq innovativ layihələr tətbiq edilir, gömrük inzibatçılığında təkmilləşdirilmələr aparılır.
Görüşdə “ÖZÜNET” layihəsi barədə xüsusi təqdimat nümayiş etdirilib, layihənin rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətindən bəhs olunub.
Tədbirdə, həmçinin idxal-ixrac əməliyyatları zamanı biznes nümayəndələrinin qarşılaşdıqları məsələlər öyrənilib, onların operativ qaydada həll edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda sahibkarların təklif və rəyləri dinlənilib, suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi