Gömrük təmsilçiləri və KOBİA əməkdaşları ilə görüş keçirilib
Gömrük təmsilçiləri və KOBİA əməkdaşları ilə görüş keçirilib
Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük postunda fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzində gömrük təmsilçiləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları ilə görüş keçirilib.
Görüşdə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması məqsədilə tətbiq edilən “ÖZÜNET” layihəsi, ödənişlərin onlayn qaydada reallaşdırılması, könüllü riayət prinsipinin təşviqi istiqamətində həyata keçirilən təkmilləşdirilmələr, gömrük bəyannaməsinin düzgün tərtib olunmasına dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda gömrük bəyannamələrinin doldurulması zamanı qarşıya çıxan suallar ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi