Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük təmsilçiləri ilə görüş keçirilib

Gömrük təmsilçiləri ilə görüş keçirilib

"Poçt və ekspres daşımalar" gömrük postunda gömrük təmsilçiləri ilə görüş keçirilib.

Görüşdə gömrük xidməti tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib, tətbiq edilən yeniliklərin gömrük rəsmiləșdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllər hesabına vaxt və vəsaitə qənaət edilməsi baxımından əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda bəyanetmə zamanı qarşıya çıxan məsələlərlə bağlı müzakirə aparılıb, səsləndirilən təklif və rəylər dinlənib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Sentyabr 2024 15:56
195