Sahibkarlarla görüş keçirilib
Sahibkarlarla görüş keçirilib
Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüş xarici ticarət iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin gömrük işinin təşkili sahəsində qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ qaydada həlli, gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı onların məlumatlandırılması məqsədilə təşkil olunub.
Görüşdə sahibkar və vətəndaşların məmnunluğunun təmin olunmasının gömrük orqanlarının strateji hədəflərindən biri olduğu diqqətə çatdırılıb, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Həmçinin rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması məqsədilə reallaşdırılan “ÖZÜNET” layihəsi barədə xüsusi təqdimat nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi