Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Xaçmaz Gömrük İdarəsinin təşkilatçılığı ilə “Quba Konserv Zavodunda” görüş keçirilib.

Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə keçirilən görüşdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, bu istiqamətdə gömrük orqanları tərəfindən həyata keçirilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumat verilib.

Görüşdə qeyri-neft sektorunun inkişafı, bu sahədə fəaliyyət göstərən biznes subyektlərinə münbit şərait yaradılması, ölkəmizin ixrac potensialının artırılması məqsədilə gömrük sistemində həyata keçirilən güzəşt və dəstək tədbirlərindən bəhs edilib.

Həmçinin gömrük əməliyyatlarının səmərəliliyinin, xidmətlərin əlçatanlığının artırılması, rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə tətbiq edilən Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS), “ÖZÜNET” layihələri barədə məlumat verilib.

Gömrük əməkdaşları “Quba Konserv Zavodunda” istehsal prosesini əyani şəkildə izləyib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Sentyabr 2024 14:06
195