Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib

Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, qarşılıqlı etimad mühitinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Biznes nümayəndələrinə məcburi qərarın qəbul edilməsinə dair elektron müraciət formasının təqdim edilməsi qaydaları, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “ÖZÜNET” layihələri barədə ətraflı məlumat verilib.

Sonda sahibkarların və gömrük təmsilçilərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Sentyabr 2024 17:12
195