Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçılarına gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı məlumat verilib

Xarici ticarət iştirakçılarına gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı məlumat verilib

“Kürdəmir” gömrük postunun təşəbbüsü  ilə “Azgranata” MMC-də görüş keçirilib.

Görüş xarici ticarət iştirakçılarının gömrük sistemində həyata keçirilən yeniliklər və təkmilləşdirilmələr barədə məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Gömrük əməkdaşlarına müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsulların çeşidləri, ixrac potensialı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, gömrük orqanlarının əsas hədəflərindən biri də gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasıdır. Bu məqsədlə əməliyyatların sadələşdirilməsi, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq olunan yeni layihələr, könüllü riayət prinsipinin genişləndirilməsi, sahibkarların məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən təkmilləşdirilmələr barədə məlumat verilib. 

Gömrük əməkdaşları istehsal proseslərini əyani şəkildə izləyib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı sualları cavablandırıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Sentyabr 2024 11:26
195