Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Balakən Gömrük İdarəsinin əməkdaşları üçün “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda təlim keçirilib.

Balakən Gömrük İdarəsinin və Balakən rayon prokurorluğunun birgə təşkilatçılığı ilə “Mazımqara” gömrük postunda keçirilən təlimdə gömrük əməkdaşlarına korrupsiya hüquqpozmaları, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər barədə ətraflı məlumatlar verilib.

Qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Sentyabr 2024 11:32
195