Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti işçi görüş keçirilib

Növbəti işçi görüş keçirilib

Hüquq-mühafizə fəaliyyəti sahəsində ikitərəfli sərhədyanı qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə edilməsi məqsədilə Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan və Rusiya gömrük xidmətlərinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

Görüşdə gömrük orqanlarının hüquq-mühafizə bölmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və məlumat mübadiləsinin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Sentyabr 2024 15:00
195