Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhidlərimizin əziz xatirəsi yad edilib

Şəhidlərimizin əziz xatirəsi yad edilib

Astara Gömrük İdarəsində 27 sentyabr-Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 44 günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, qəhrəman Azərbaycan əsgərinin rəşadəti və əzmi hesabına tarixi qələbə ilə yekunlaşdığı vurğulanıb.

O da qeyd olunub ki, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, hərbi potensialımızın gücləndirilməsi istiqamətində atılan addımlar, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi qələbəmizi şərtləndirən amillərdir.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Sentyabr 2024 16:30
195