Gömrük Akademiyasında Anım günü ilə bağlı tədbir keçirilib
Gömrük Akademiyasında Anım günü ilə bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımıza qarşı ermənilər tərəfindən törədilən vandalizm və soyqırım aktlarından danışıb. Q.Novruzov dörd il əvvəl sentyabrın 27-də başlayan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu bildirib. Sonda xalqımızın qəhrəman şəhidlərimizin xatirəsini hər zaman əziz tutacağı və onların keçdiyi şanlı döyüş yolunun gələcək nəsillərin tərbiyəsində, vətənpərvər ruhda yetişməsində nümunə olacağı qeyd edilib.
Tədbirdə digər çıxış edənlər 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, əsgər, zabitlərimizin fədakarlığından, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan qürurla bəhs ediblər.
Tədbir tələbələrin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi