Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin kollektivi Zəfər parkını və İkinci Şəhidlər Xiyabanını ziyarət edib

Dövlət Gömrük Komitəsinin kollektivi Zəfər parkını və İkinci Şəhidlər Xiyabanını ziyarət edib

Dövlət Gömrük Komitəsinin kollektivi 27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Zəfər parkındakı xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib.

Daha sonra İkinci Şəhidlər Xiyabanı ziyarət edilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, şəhid ailələrinə başsağlığı verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Sentyabr 2024 16:57
195