MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib
MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib
Sentyabrın 27-də Rusiya Federasiyasının Nijni Novqorod şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 79-cu iclası keçirilib.
Tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Gömrük Xidməti Rəhbərləri Şurasının sədri və katibi, eləcə də Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri vəzifələrinə seçkilər keçirilib, Şuranın 2025-ci il üçün iş planı, gömrük-sərhəd keçid məntəqələrində növbələrin idarəedilməsi, gözləmə zonalarının fəaliyyəti, malların təsnifatı və mənşəyi məsələləri üzrə işçi qrupun yaradılması ilə bağlı müzakirələr aparılıb.
İclas çərçivəsində Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyi ilə ikitərəfli görüşü keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi