Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Astara Gömrük İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

Sahibkar və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə təşkil edilən görüşdə son dövrlərdə gömrük xidməti tərəfindən həyata keçirilən layihələrdən bəhs edilib.

Görüşdə “ÖZÜNET” layihəsi, vahid bildiriş formaları, həmçinin gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikasına dair geniş məlumat verilib.

Sonda biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Oktyabr 2024 11:44
195