Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti ağacəkmə aksiyaları keçirilib

Növbəti ağacəkmə aksiyaları keçirilib

Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük idarələri tərəfindən ağacəkmə aksiyaları keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyalarda Tibbi Xidmət İdarəsinin əməkdaşları Astara şəhərinin dənizkənarı park ərazisində, Balakən Gömrük İdarəsinin əməkdaşları Balakən şəhərindəki Heydər Əliyev parkında, Gəncə Gömrük İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində, Astara Gömrük İdarəsinin əməkdaşları “Cənub-Astara” gömrük postunun inzibati ərazisində, “Şirvan” gömrük postunun əməkdaşları isə postun ərazisində müxtəlif növ dekorativ ağaclar əkiblər. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Oktyabr 2024 13:14
195